Arsen Venger: "Yaxşı baş məşqçi olmaq üçün qovulmalısan"

Arsen Venger: "Yaxşı baş məşqçi olmaq üçün qovulmalısan"

"Nitsa" klubunun eks baş məşqçisi Patrik Viera "Arsenal" klubunun əfsanəvi baş məşqçisi Arsen Vengerin ona tövsiyyələr verdiyini açıqlayıb.

Assist.az "LEquipe"yə istinadən xəbər verir ki, Patrik Viera 2020-2021 mövsümünün dekabr ayında "Nitsa"dan qovulduqdan sonra eks baş məşqçisi Arsen Vengerin ona məsləhətlər verdiyini bildirib:

"Qovulduqdan sonra Arsen Venger mənə zəng vurdu və yaxşı baş məşqçi olmaq üçün qovulmalısan dedi. Əgər baş məşqçi olmaq istəyirsinizsə ilk növbədə qovulmaqa hazır olmalısan. Əlbətdə, qovulduğum üçün təəsüflənirəm, ancaq bunun məni inkişaf etdirdiyini də bilirəm".

Patrik Viera gələcək planları haqqında da açıqlama verib:

"Karyeram boyu etdiyim seçimlər məni irəliyə aparan seçimlər olub. Tək hədəfim yaxşı baş məşqçi olmaqdır və bunun üçün planlar qururam".

Xatırladaq ki, Patrik Viera "Arsenal"da oynadığı vaxtlarda Arsen Vengerin rəhbərliyi altında iki titul qazanmışdı və komandanın ilk əcnəbi kapitanı olmuşdu.