Arda Turan cəzalandırıldı

Arda Turan cəzalandırıldı

Türkiyə Futbol Federasiyası Galatasaray klubunun futbolçusu Arda Turanı cəzalandırıb.

Assist.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 2 oyunluq diskvalifikasiya olunub.

Buna təcrübəli oyunçunun Fenerbahçe ilə Superliqanın XXIV turunun səfər matçından sonra təhqiramiz ifadələr işlətməsi səbəb olub.

Qeyd edək ki, Ülker stadionunda keçirilmiş qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.