Andrea Pirlo "Yuventus"dan gedə bilər

Andrea Pirlo "Yuventus"dan gedə bilər

"Yuventus" klubunun baş məşqçisi Andrea Pirlo bu mövsüm alınan uğursuz nəticələrə görə vəzifəsindən azad edilə bilər.

Assist.az "La Gazetta Dello Sport"a istinadən xəbər verir ki, "Yuventus"un "Seria A"da oynayacağı "Torino" və "Napoli" matçlarında maksimum nəticə əldə olunmazsa, o zaman Pirlo vəzifəsindən azad ediləcək.

Andrea Pirlodan boşalan məşqççilik postuna əsas namizəd İqor Tudordur.

"Calciomercato"da yazılan xəbərə görə Andrea Pirlo göndərildiyi təqdir də "Yuventus" rəhbərliyi Pirlonun köməkçisi İqor Tudor ilə razılaşacaq.

Qeyd edək ki, Andrea Pirlonun vəzifədən göndərilməsi ehtimalına səbəb kimi "Yuventus"un çempionatdaki uğursuz çıxışları və Çempionlar Liqasının 1/8 final mərhələsində "Porto"ya məğlub olmasını əsas göstərmək olar.