Allessandro Del Piero: "Ronaldo bu cür rəftar etməməlidir"

Allessandro Del Piero: "Ronaldo bu cür rəftar etməməlidir"

"Yuventus"un sabiq futbolçusu Alessandro Del Piero Kriştiano Ronaldonun Serbiya-Portuqaliya oyununda kapitanlıq sarğısını yerə ataraq meydanı tərk etməsinə münasibət bildirib.

Assist.az "ESPN"ə istinadən xəbər verir ki, Alessandro Del Piero verdiyi açıqlama da Kriştiano Ronaldonun düzgün rəftar etmədiyini bildirib:

"Ronaldonun reaksiyası artıq idi. Bu cür rəftar etmək düzgün deyil. Əsəbləşməsini anlayıram, hakim ilə mübahisə etməsini anlayıram, ancaq kapitanlıq sarğısını yerə atmaq Ronaldoya yaraşmayan hərəkətdir".

Xatırladaq ki, Kriştiano Ronaldo DÇ-2022-nin seçmə mərhələsində oynanan Serbiya-Portuqaliya oyununda vurduğu qolun qeydə alınmamasından sonra hakim ilə mübahisı edib daha sonra isə kapitanlıq sarğısını yerə ataraq meydanı tərk etmişdi. Qeyd edək ki, Serbiya -Portuqaliya oyunu 2-2 hesabı ilə başa çatmışdı.