Aleks Telles İngiltərə nəhənglərinin hədəfində

Aleks Telles İngiltərə nəhənglərinin hədəfində

Porto-nun müdafiəçisi Aleks Telles İngiltərəyə keçə bilər.

Assist.az xəbər verir ki, müdafiənin sol cinahını gücləndirmək niyyətində olan Chelsea Telleslə yaxından maraqlanır. 27 yaşlı futbolçunun adı digər Premyer Liqa nəhəngləri - Manchester United və Manchester City ilə də birlikdə hallanır.

Qeyd edək ki, 2019-20 mövsümündə 47 matçda meydana çıxan Tellesin aktivində 13 qol, 12 məhsuldar ötürmə var.