Tokio-2020: ABŞ yığması estafet yarışlarından kənarlaşdırılıb

Tokio-2020: ABŞ yığması estafet yarışlarından kənarlaşdırılıb

ABŞ yığması Tokio-2020 Yay Olimpiya Oyunlarında 400 məsafəyə estafet yarışlarından kənarlaşdırılıb.

Assist.az xəbər verir ki, buna komandanın texniki qaydaları pozması səbəb olub.

ABŞ atletləri təsnifat mərhələsini ilk pillədə başa vursalar da, estafeti ötürmə prosedurunu səhv yerinə yetirdikləri üçün diskvalifikasiya ediliblər. Yığmanın tərkibində Elayca Qudvin, Linna İrbi, Teylor Menson və Brays Dedmon mübarizə aparıb.

Qeyd edək ki, final mərhələsində Polşa, Niderland, Yamayka, Böyük britaniya, Belçika, İrlandiya, Almaniya və ispaniya kollektivləri vəsiqə qazanıb.