Abdullah Avcı millimizdən buna görə imtina etdi

Abdullah Avcı millimizdən buna görə imtina etdi

"Beşiktaş"la yollarını ayıran Abdullah Avcının Azərbaycan millisini çalışdırmaq istəməməsinin səbəbi müəyyənləşib. Assist.az xəbər verir ki, 56 yaşlı mütəxəssisin "Başakşəhər"də köməkçisi olmuş Sərhat Gülpınar "Radyospor"a açıqlamasında Abdullah Avcının mövsümün sonuna qədər dincələcəyini deyib:

 

“Abdullah Avcı ilə “Beşiktaş”dan ayrıldıqdan sonra görüşdük. O, əminliklə mövsümün sonuna qədər işləməyəcəyini və istirahət edəcəyini bildirdi. Azərbaycan milli komandasını çalışdırmaq üçün təklif almışdı, ancaq qəbul etmədi”.

 

Xatırladaq ki, Abdullah Avcı bu ilin yanvarında "Beşiktaş"dan ayrılıb.